Emosional zorakılıq da fiziki zorakılıq qədər zərərlidir! DİQQƏT

Şiddət yalnız fiziki deyil, həm də emosional olaraq tətbiq oluna bilər. İki qrupa bölünsə də, şiddət şiddətdir və ona müdaxilə edilməlidir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həkim Nevzat Tarhan, qadınların ən böyük problemlərindən biri olan "duyğusal şiddət" haqqında vacib məlumatlar verib.

Həkimin sözlərinə görə, şiddət sadəcə fiziki səciyyə daşımır: "Səs qaldırmaq, qınamaq və qışqırmaqla ortaya çıxan şiddət xaricində, kişi və ya qadının bir-birinə sevgi göstərməməsi qarşı tərəfə emosional olaraq təsir edir. Emosional zorakılığa məruz qalan insan özünü dəyərsiz hiss edir".

Duygusal zorakılıq sizi dəyərsiz hiss edirir

Tarhan onu da qeyd edib ki, şiddətin bir növü də emosional olur: "Şiddət dedikdə, ağıla mütləq qadına əl qaldırmaq və boşqabları göydə uçurmaq gəlməməlidir. Emosional şiddət forması, tənqidlərin çox olduğu evliliklərdə baş verir və qarşı tərəfdə günahkarlıq hissi yaradır.

Dəyərsizlik hissi yaratmaq psixoloji şiddətdir

Şiddət tətbiq edən bir insanın xüsusiyyətlərindən biri də qarşı tərəfi tez-tez tənqid etməsidir. Bu həm də emosional şiddətin bir növüdür. Tənqid edən insan "Mən tənqid edə biləcək səviyyədə üstün və vacib biriyəm!" hissi yaradır. Bu nöqtədə şəxsiyyət qarşıdurması başlayır

Qısqanclıq həm də emosional şiddətdir

Qısqanclıq eyni zamanda duyğusal şiddətin bir növüdür. İnsan sahib olduğu və paylaşmaq istəmədiyi birini qısqanaraq ona zülm edir. Həddindən artıq nəzarət insanı üzür. Bu davranış daha çox "Puritan" əxlaqi xüsusiyyətlərə sahib insanlarda özünü göstərir. Bu cür insanlar hər şeyə qarışırlar, demək olar ki, qarşısındakının ruhunu da idarə etmək istəyirlər. Hər iki tərəfin də bir az özəl həyatının olması təbiidir. "Hər şeydən xəbərdar olmalıyam!" düşüncəsi insanları emosional zorakılığa aparır .

Laqeydlik də şiddətin bir növüdür

Tarhan son olaraq onu da deyib ki, şiddət olaraq təyin olunan başqa bir xüsusiyyət də səhlənkarlıqdır: “Emosional laqeydlik hisslərə dəyər verməməkdir. Sosial və maliyyə baxımsızlığı da bura daxildir. Məsələn, bir insanın evinin maddi ehtiyaclarını ödəməməsi və dolanışığını düşünməməsi səhlənkarlıqdır. Pul qadının özünü güclü hiss etməsinə səbəb olur. Bu, evliliyi güc mübarizəsinə çevirənlər üçün çox vacibdir. Evlilik sevgi ilə başlayır və bir müddət sonra güc mübarizəsinə çevrilir. Bu mübarizə zamanı hər iki tərəf də şəxsiyyətlərini qorumağa çalışır. Lakin, bu münaqişə şiddətə də səbəb ola bilər. Həyat yoldaşları ağıllı olduqları təqdirdə bir müddət sonra ortaq nöqtədə görüşə bilərlər. Bu mərhələdən sonra evlilik bağları inkişaf etməyə başlayacaq".

Emosional zorakılığa meyilli insanların ümumi xüsusiyyətləri hansılardır?

Zəfərlərindən qürur duyur
Partnyor və ya münasibət üçün vaxt ayırmır
Hörmətsiz davranır
Baş rolda olmaq istəyir
Başqalarının hissləri onun üçün heç bir əhəmiyyət daşımır
İdarəedici və sahiblənicidir
Nadir hallarda hərəkətlərinə və reaksiyalarına görə məsuliyyət daşıyır
Zarafat, kinayə və istehzadan istifadə edir
Özündən razı olur və yalan danışır
Münaqişənin qarşısını alır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə