Uşaqlarda isterikalar hər bir valideyn üçün ciddi bir sınaqdır. Lakin böyüklərin reaksiyası ya uşağı sakitləşdirə, ya da vəziyyəti daha da çətinləşdirə bilər. Bəs, uşaqların qəzəbinə necə düzgün reaksiya vermək olar?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, bəzi valideynlər uşaqlarının hər istədiyini yerinə yetirirlər:
"Uşaq nə istəyirsə, dərhal ona alınır və ya icazə verilir. Əslində bu, uşağa sevgi göstərmək və onu xoşbəxt etmək məqsədi ilə edilsə də, uzunmüddətli nəticələri heç də müsbət olmur.
Uşaqların hər istədiyini yerinə yetirmək onları həm emosional, həm də sosial baxımdan asılı vəziyyətə sala bilər. Belə uşaqlar böyüdükcə, hər şeyin asanlıqla əldə olunacağına inanır, “yox” cavabını qəbul etməkdə çətinlik çəkirlər. Nəticədə, səbir, məsuliyyət və mübarizə kimi vacib həyat keyfiyyətlərini formalaşdırmaqda çətinlik yaşayırlar.
Ümumiyyətlə, əgər uşaq bir şeyə görə ağlayırsa, bu, həmişə onun həqiqətən ehtiyacı olduğu anlamına gəlmir. Bəzən uşaqlar ağlamaqla valideynlərinin diqqətini cəlb etməyə və ya istədiklərini bu yolla əldə etməyə çalışırlar. Bu halda, valideyn sakit və ardıcıl davranmalı, hər ağlamaya təslim olmamalıdır. Əks halda uşaq anlayır ki, ağlamaq istədiyinə çatmağın təsirli yoludur və bu davranış vərdiş halını alır. Valideynin rolu uşağın hər istəyini ödəmək deyil, onu düzgün davranışlara yönləndirmək və emosiyalarını idarə etməyi öyrətməkdir. Uşaq “yox” cavabını qəbul etməyi, gözləməyi və səbr göstərməyi öyrəndikcə, gələcəkdə daha güclü, özünə inamlı və məsuliyyətli şəxsiyyət kimi formalaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB