Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək növbəti astronavtlar qrupu - “Şencou-21” (Shenzhou-2) missiyasının üzvləri məlum olub.
SİA Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-21” missiyası astronavtlar Can Lu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və Can Honcandan (yükləmə mütəxəssisi) ibarət olacaq. Oktyabrın 30 astronavtlar ictimaiyyətə təqdim olunub. Can Lu 2 il əvvəl kosmik stansiyada olub. Digələri isə ilk dəfə kosmosa uçacaqlar.
“Şencou-21” missiyasnın oktyabrın 31-də kosmosa yola slaınması nəzərdə tutulub. Onlar kosmik stansiyada təxminən 6 ay fəaliyyət göstərən “Şencou-20”nin astronavtlarını əvəzləyəcəklər. Bu, Çinin 37-ci, kosmik stansiya üçün isə 6-cı astronavt missiyasıdır.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.
Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB