"Prezidentin regionlara səfərləri sadəcə inzibati addım deyil,..." - ŞƏRH OLUNDU
“Prezident İlham Əliyevin regionlara səfərləri Azərbaycanın idarəetmə modelində sadəcə rəsmi fəaliyyət deyil, dövlətin strateji inkişaf xəttinin canlı ifadəsidir. Bu səfərlər həm iqtisadi dinamikanın, həm də milli ideyanın sahədə reallaşmasının təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, hər səfər əslində iki qat mənaya malikdir: bir tərəfdən, regionların sosial-iqtisadi inkişaf tempinin nəzarəti, digər tərəfdən isə dövlətin xalqla birbaşa təmasını təmin edən siyasi rəmzdir: “Prezidentin bölgələrdə infrastruktur layihələrinin açılışında iştirakı, kənd təsərrüfatı, sənaye və sosial sahələrdə yeni mərhələlərin başlanğıcını şəxsən elan etməsi təkcə idarəetmə yox, həm də məsuliyyətin nümunəsidir. Ən önəmlisi, bu səfərlər dövlət rəhbərinin “mərkəzdən uzaq bölgə yoxdur” prinsipini praktik şəkildə sübut edir. Hər rayona, hər kəndə verilən diqqət həm milli həmrəyliyi möhkəmləndirir, həm də vətəndaşda dövlətinə inamı artırır. Bu mənada Prezidentin regionlara səfərləri sadəcə inzibati addım deyil, müasir dövlətçilik fəlsəfəsinin real tətbiq formasıdır – dövlətin xalqla eyni yerdə, eyni nəfəsdə olduğunu göstərən ən təsirli siyasi mesajdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB