“Kitabın Azərbaycan dilində tərcüməsini təsis etmək istəyirik” - Rəhman Hacıyev

“Qarabağ və onun tarixi Azərbaycanın öyrənilməsi üçün çox vacib, mühüm bir mövzudur. 2020-ci ilə qədər bu bir faciə hekayəsi idi, ağır bir tarix idi. Amma 2021-ci ildən sonra, ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanımızın rəhbərliyi ilə bu torpaqların azad olunmasından sonra bu artıq bir intibah, bərpa hekayəsidir. Bu gün Azərbaycan dövlətində bir intibah, bir yenilənmə müşahidə olunur. Və bu hekayənin, tarixin ağırlığını, həmçinin hazırlıq, hüquq, müdafiə işləri və qayıdış hekayəsini mütləq şəkildə öyrənmək və başqalarına çatdırmaq lazımdır". SİA xəbər verir ki, bu fikirləri Qarabağ Dirçəliş Fondu, İdarə Heyətinin Sədri Rəhman Hacıyev “My Trip to Karabakh” kitabının təqdimat mərasimində səsləndirib.

Rəhman Hacıyev bildirib ki, bu mövzunu xarici ölkələrdən gələn, dövlətimizin və xalqımızın dostu olan şəxslərə çatdırmaq da çox önəmlidi: “Belə kitablara və bu cür təşəbbüslərə daha çox dəstək vermək lazımdır. Mən həmçinin bu kitabın Azərbaycan oxucularına çatdırılmasını dəstəkləmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə