Medvedev Şimali Koreyadan nümunə götürməyə çağırıb...

Şimali Koreya dünyanın ən kasıb ölkələrindən biridir...

...Şimali Koreya tam blokada şəraitində məhdud iqtisadi imkanlara baxmayaraq, əlamətdar nəticələr əldə edib.

SİA xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS, Reuters və Wargonzo agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Şimali Koreya müdafiə sənayesi qurmağı və milli təhlükəsizliyi təmin etməyi bacarıb ki, bu da "hörmətə layiqdir".

Medvedev vurğulayıb ki, Pxenyan tələbələrə "iqtisadi imkanların sürətli və effektiv şəkildə səfərbər edilməsini necə təşkil etməyi" öyrədə bilər.

...Şimali Koreya dünyanın ən kasıb ölkələrindən biridir. Onun real ÜDM-i təxminən 26,7 milyard dollar, adambaşına düşən ÜDM isə təxminən 1100 dollardır.

Orta gəlirlər Cənubi Koreyadakı gəlirlərin yalnız 3-4 faizini təşkil edir.

Hətta biznes rəhbərləri də ayda təxminən 10 dollar qazanırlar. Şimali Koreya bu yaxınlarda ərzaq çatışmazlığı ilə üzləşib. Xatırladaq ki, bu ölkədə son böyük aclıq 1990-cı illərin sonlarında baş verib və müxtəlif hesablamalara görə, 3 milyona qədər insanın həyatına son qoyub.

2020-ci ildən 2023-cü ilə qədər, bağlı sərhədlər və pandemiya şəraitində, ölkə yenidən kəskin ərzaq böhranı ilə üzləşib, qaçqınlar və beynəlxalq təşkilatlar aclıqdan çoxsaylı ölüm halları barədə məlumat veriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə