"İlham Əliyevi və Nikol Paşinyanı təbrik etmək mənim üçün böyük şərəfdir" - Özbəkistan prezidenti
Özbəkistan Prezidenti Şövkət Mirziyayev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində mühüm fikirlər səsləndirib. Özbəkistan rəhbəri Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı təbrik edib.
"Şeyx Zayedin "İnsan Qardaşlığı Mükafatı"nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir", - Mirziyayev bildirib. O qeyd edib ki, uzun sürən münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir: "Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB