“Son illər Azərbaycan ziyalıları, intellektualları və ictimaiyyət nümayəndələri erkən nikahlarla bağlı cəmiyyətdə yaranan dərin fəsadlara qarşı açıq mövqe sərgiləməyə başlayıblar. Erkən nikahlar, xüsusilə də 23-25 yaşdan aşağı yaşlarda qız və oğlanların evləndirilməsi həm fərdi, həm də ictimai baxımdan ciddi nəticələr doğurur”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, sosioloq Aydınxan Əbilov deyib.
O bildirib ki, belə nikahlar gənclərin təhsil, inkişaf və şəxsiyyət formalaşması imkanlarını əlindən alır: “Qızların erkən yaşda ailə həyatı qurması onların fiziki və psixoloji baxımdan hazır olmaması ilə yanaşı, gələcəkdə sağlamlıq problemləri və sosial çatışmazlıqlara səbəb olur. Bu cür nikahlar həm də məcburi xarakter daşıyır və çox vaxt qız uşaqlarının gələcəyi valideynlərin qərarları ilə müəyyən olunur.
Cəmiyyətin sosial media, iqtisadi vəziyyət, “qız evdə qalmasın” düşüncəsi kimi bəhanələri erkən nikahların qarşısını almaqda əngəl yaradır. Nəticədə erkən nikah qurbanları arasında hamiləlik zamanı həyatını itirənlər, zorakılığa məruz qalanlar, psixoloji travma yaşayanlar artır. Belə ailələrdə çox vaxt boşanma baş verir, aliment, uşaq hüquqları, ev bölgüsü kimi ciddi mübahisələr yaranır. Bəzən uşaqlar sığınacaqlara verilir və ya valideyn himayəsindən məhrum qalır. Digər bir təhlükə isə erkən nikahların gələcəkdə yenidən ailə qurmaq imkanlarını məhdudlaşdırmasıdır. Bu şəxslər çox vaxt ikinci nikaha girməyə risk etmir və bu da cəmiyyətdə tək valideynli ailələrin artmasına, demoqrafik və sosial problemlərin dərinləşməsinə səbəb olur.
Problemin həlli yolu isə erkən nikahlara hüquqi məhdudiyyətlər, təhsil imkanlarının artırılması, ictimai marifləndirmə və gənc ailələr üçün dövlət dəstəyinin gücləndirilməsindədir. Eyni zamanda belə boşanmalarda məsuliyyət mexanizmləri gücləndirilməli, gənc ailələrə ipoteka və iş imkanlarında güzəştlər verilməlidir. Erkən nikahlar yalnız fərdi faciələrlə yox, bütövlükdə cəmiyyətin gələcəyinə yönəlmiş təhlükədir. Bu problemin aradan qaldırılması üçün təkcə qanun deyil, həm də maarifçilik, sosial dəstək və ictimai mövqeyin dəyişməsi vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB