60 ildir bığını kəsmir..... FOTOLAR

Türkiyənin Ərzurum vilayətinin Xorasan mahalında oğlu Məhəmmədlə birlikdə bərbərlik edən Hacı Kırbaç 60 ildir ki, bığlarını kəsmir. SİA-nın verdiyi məlumata görə, beş uşaq, 36 nəvə sahibi olan 76 yaşlı kişi mahala gələn yerli və xarici turistlərlə bərabər, siyasətçilərin də maraq dairəsindədir. O, yarım əsrdən çox müddətdir kəsmədiyi bığlarına mütəmadi qulluq etdiyini deyərək, sirrini heç kimlə bölüşməyəcəyini vurğulayıb.

“Xorasanlı Pala” ləqəbi ilə tanınan Hacı Kırbaç bığa qulluq etməyin çətin olduğunu və baha başa gəldiyini bildirsə də, bərbər olduğu üçün öhdəsindən asanlıqla gəldiyini deyib. Türkiyənin hər yerindən onunla foto çəkdirməyə gələnlərin olduğunu deyən Kırbaç bunları söyləyib: “Bığımı çox sevirəm. Səhər bərbərxananın qapısını açan kimi bığıma baxıram. Bığıma 60 ildir qulluq edirəm. Xüsusi qulluq var, amma bu günə qədər heç kimə deməmişəm. Bundan sonra demərəm, sirdir. Hazırda 1.5 metr uzunluğu var.

İki rəqibim var idi, onlar rəhmətə getdi, tək qaldım. Mən ölsəm, bığ çempionu olaraq heç kim qalmayacaq. Məndən sonra bığ uzadan heç kim yoxdur. Daha çox uzada bilərəm, amma rəqibim olmadığlı üçün uzatmıram. Mənim üçün səliqəli olsun, kifayətdir. Bəlkə də, 100 nəfər səhərdən axşama qədər şəkil çəkdirməyə gəlir. Həm ölkədən, həm də xaricdən mənimlə şəkil çəkdirmək üçün növbədədirlər.

Bu yaşda bu bığla qulluq edən şəxsin müştərisi olmaz? Mənim kimi bığ uzada bilməzlər. Prezidentlə üç dəfə görüşmüşük. Başımda panama papaq var idi. Prezident dedi ki, “bu olmasaydı, daha yaxşı olardı”. Əminə xanım da, “yox, Pala onunla tanınıb”, - dedi. Hər zaman panama ilə gəzirəm. Qalstuksuz və panamasız heç yerə getmərəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə