...Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutu İslam universitetləri professorları üçün “Qloballaşma dövründə müasir müsəlman dünyası” adlı peşəkar inkişaf kursunu başa vurub.
SİA-nın əldə etdiyi məlumata görə, 13-29 aprel tarixləri arasında hibrid formatda keçirilən kurs müasir İslamşünaslıq və beynəlxalq münasibətlərin aktual məsələlərinə yönəlib.
Kurs proqramı Rusiyanın Yaxın Şərqdəki siyasəti, qloballaşma kontekstində sərt dini məhdudiyyətlərin sosial-iqtisadi nəticələri, Məğribdə beynəlxalq münasibətlər və Fars körfəzinin ərəb monarxiyalarının siyasi sistemləri daxil olmaqla əsas mövzuları əhatə edib.
Kursu bitirdikdən sonra iştirakçılara peşəkar inkişaf sertifikatları verilib.
Kurs İslam Təhsili Şurası tərəfindən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə birgə, İslam Mədəniyyəti, Elmi və Təhsilinə Dəstək Fondunun dəstəyi ilə təşkil edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB