“Yarışa çox ciddi ciddi hazırlaşırdım” - Azər İlyasov

“Yarışa çox ciddi ciddi hazırlaşırdım”.

SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal qazanan Azər İlyasov deyib.

Onun sözlərinə görə, yarış yüksək səviyyədə təşkil olunub: “Bir neçə gün əvvəl İtaliyada yarışda iştirak etmişdim. Yarışın yorğunluğu hələ canımdan çıxmamışdı. Qızıl medal qazanacağımı gözləyirdim. Baxmayaraq ki, mənə "bacarmayacaqsan, yorğunsan" sözlərini deyirdilər. Lakin özümdə güc topladım və bunu bacardım".

A.İlyasov 4 gün əvvəl İtaliyada "Paolo d"Aloja" turnirində bürünc medal qazanmasına da münasibət bildirib:

"Bu yarışa da ciddi hazırlaşmışdım. Təxminən 7 ay idi ki, bu yarışı düşünürdüm. Şükürlər olsun ki, turnirdən əliboş qayıtmadım".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə