Ermənistanda seçkiqabağı GƏRGİNLİK - rüşvətə görə daha 3 nəfər saxlanıldı

Ermənistanda siyasi gərginlik durmadan artır. Məlum olub ki, rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının adından seçkiqabağı rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində aprelin 29-da saxlanılan beş nəfərdən üçü barəsində həbs qətimkan tədbiri seçilib.

Ermənistanın Antikorrupsiya Komitəsi aprelin 29-da "Güclü Ermənistan" partiyasının adından fəaliyyət göstərən beş nəfəri gizli şəkildə rüşvət verməkdə şübhəli bilərək saxlayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə