...Britaniya Moskvanın oxşar hərəkətlərinə cavab olaraq bir rus diplomatının deportasiya olunduğunu elan etdi.
Bu qərar, Rusiyanın Britaniya səfirliyinin işçisini iqtisadi casusluqda ittiham edərək ölkədən çıxardığı mart hadisəsinə cavabdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.
Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın ittihamlarını əsassız və təzyiq kampaniyasının bir hissəsi adlandırıb.
London Moskvanın hərəkətlərini qətiyyətlə pisləyərək, diplomatlarına qarşı hədə-qorxu və təqiblərə dözməyəcəyini bəyan edib.
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı və orada ona rus diplomatlarından birinin akkreditasiyasının ləğv edildiyi bildirildi.
Onun adı rəsmi olaraq açıqlanmayıb. Xarici İşlər Nazirliyi həmçinin Rusiyanın gələcək addımlarının eskalasiya kimi qiymətləndiriləcəyini və "sərt və mütənasib cavab" alacağını xəbərdar etdi.
Dərc olunduğu vaxt Londondakı Rusiya səfirliyi vəziyyətlə bağlı heç bir şərh verməmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB