Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - YENİLƏNİB - FOTOLAR
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
SİA xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.
- Salaməleyküm, əyləşin.
İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.
Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.
Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
x x x
Sonra idmançılar çıxış etdilər.
Sərbəst güləşçi Turan Bayramov dedi: Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov dedi: Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun.
Qadın güləşçi Jalə Əliyeva dedi: Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.
x x x
Prezident İlham Əliyev dedi: Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.
Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda uğurla inkişaf edir.
Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.
Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.
Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.
Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rusiya Ermənistan məhsulları barədə ŞƏRTİNİ AÇIQLADI
İqtisadiyyat 03:02Tehranda SEPAH üzvünü bıçaqla öldürdülər
Dünya 02:03Biləsuvarda qətl törədən şəxs yaxalanıb
Hadisə 01:20"Qalatasaray" bu futbolçu üçün 45 milyon avro təklif edir
İdman 13 Avqust 23:32Türkiyə ŞOKDA - meşə yanğınları yenidən başladı...
Dünya 13 Avqust 23:18ABŞ daha bir aviadaşıyıcı gəmisini Yaxın Şərqə göndərir
Dünya 13 Avqust 23:02Britaniyada qatar qəzası olub
Dünya 13 Avqust 22:31Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA hücumu olub
Dünya 13 Avqust 22:18"Qarabağ" Konfrans Liqasında “pley-off”a yüksəldi! -YENİLƏNİB
İdman 13 Avqust 22:02Jaguar flaqman elektrik avtomobili üçün qeyri-adi interyer hazırlayıb
Texnologiya 13 Avqust 21:51Chanel işçiləri 7 ilə qədər həbs cəzasına məhkum edildilər...
Dəb 13 Avqust 21:28Özünüzü daim başqaları ilə müqayisə edə bilməzsiniz...
Sosial 13 Avqust 21:07Ukrayna Putini küncə sıxışdırıb...
Dünya 13 Avqust 20:51Ukrayna Rusiyadan gündə təxminən bir milyon barel neft hasil edir…
Dünya 13 Avqust 20:28İpucu başa düşdünüzmü..?
Dünya 13 Avqust 20:06Kəlbəcərdə mina partlayışı baş verib
Hadisə 13 Avqust 20:01Almaniyada isti havadan ölənlərin sayı 12 500 nəfərə çatıb
Dünya 13 Avqust 19:52Moskva getdikcə Çindən asılı vəziyyətə düşür...
Dünya 13 Avqust 19:49Husilər Səudiyyədə neft emalı zavoduna dron hücumu edib
Dünya 13 Avqust 19:34Belarusun sənaye ticarət kəsiri artıb...
İqtisadiyyat 13 Avqust 19:27İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında...
Siyasət 13 Avqust 19:14“Son 25 ildə ən böyük dəyişiklik İsrailin Vaşinqtonda təsirinin azalmasıdır”
Dünya 13 Avqust 19:08Ukraynada yoxsulluq dörd ildə ikiqat artıb..?
Dünya 13 Avqust 18:51AQTA bir sıra bitki yağlarında uyğunsuzluqlar aşkarlayıb
Sosial 13 Avqust 18:43Bərdədə zəncirvari qəza baş verib
Hadisə 13 Avqust 18:34“Dünya okeanları boyunca düşmən gəmilərini ələ keçirəcəyik...”
Dünya 13 Avqust 18:26Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb...
Dünya 13 Avqust 18:13Putini şəxsən görən insanlar onun qəribəliklərini qeyd ediblər...
Dünya 13 Avqust 18:07Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
Dünya 13 Avqust 17:48Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Sosial 13 Avqust 17:38Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək
İdman 13 Avqust 17:36Onlayn sifariş edilən məhsul fərqli gəldikdə nə edilməlidir? - HÜQUQŞÜNAS AÇIQLADI
Sosial 13 Avqust 16:40Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?
İqtisadiyyat 13 Avqust 16:39Protein tozları: Fayda, yoxsa marketinq? - MÜTƏXƏSSİS AÇIQLADI
Səhiyyə 13 Avqust 16:36“Bu saziş Yaxın Şərqdə təhlükəsizlik kəməri formalaşdırmağa xidmət edir” - SİYASİ ŞƏRHÇİ
Siyasət 13 Avqust 15:53Bloggerlik gənclərin təhsilə, peşə seçiminə və cəmiyyətin gələcəyinə necə təsir edir? - ŞƏRH
Sosial 13 Avqust 15:48FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə 13 Avqust 15:38“İnsanların bir-birinə inamı və etimadı itib” - SOSİOLOQ
Sosial 13 Avqust 15:32""Məkkə sazişi" qlobal məkanda ciddi təsir imkanları qazana bilər" - ŞƏRH
Siyasət 13 Avqust 15:14Qeyri-sabit hava şəraiti avqustun 17-dək davam edəcək
Sosial 13 Avqust 15:06Naxçıvanda əhalinin sayı artıb
Sosial 13 Avqust 15:05Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
İqtisadiyyat 13 Avqust 15:03“Azərbaycanın sülh siyasəti uzunmüddətli strategiyanın tərkib hissəsidir" - ŞƏRH
Siyasət 13 Avqust 14:592 gün sonra dağıntılar altından sağ çıxarıldı: Kolumbiyada möcüzəvi xilasetmə
Dünya 13 Avqust 14:56"Əzbərçilikdən analitik düşüncəyə keçid təhsilin əsas prioritetidir" - FƏLSƏFƏ DOKTORU
Təhsil 13 Avqust 14:53“Məktəbin verdiyi nəticəni yalnız peşə bacarığı ilə qiymətləndirmək düzgün deyil” - EKSPERT
Təhsil 13 Avqust 14:44Sabah rayonlara yağış yağacaq
Sosial 13 Avqust 14:04Naxçıvana 17-ci səfər: inkişaf və yeni perspektivlərin ünvanı - MƏQALƏ
Siyasət 13 Avqust 14:01“Prezidentin Naxçıvana səfəri bölgənin inkişafında yeni mərhələ açdı” - ŞƏRH
Siyasət 13 Avqust 13:37Abort: Tibbi zərurət, qadın seçimi, yoxsa hüquqi məsuliyyət? - ARAŞDIRMA
Səhiyyə 13 Avqust 13:18"Turizm potensialımız daha geniş tanıdılmalıdır" - EKSPERT
Turizm 13 Avqust 13:09"Qərbi azərbaycanlıların qayıdışı təhlükə deyil, hüquq məsələsidir" - ŞƏRH EDİLDİ
Siyasət 13 Avqust 13:04ABŞ qütbləşən ikipartiyalı sistemin girovunda - ANALİTİK
Siyasət 13 Avqust 13:02İlanla qarşılaşdıqda hansı səhvlərdən qaçmaq lazımdır? - ZOOLOQ AÇIQLADI
Sosial 13 Avqust 12:56Sağlam qidalanmada 6 səhv - DİYETOLOQ DANIŞIR
Maraqlı 13 Avqust 12:43"Prezidentin səfəri Azərbaycanın regional vizyonunu ortaya qoydu" - ŞƏRH
Siyasət 13 Avqust 12:38İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
Siyasət 13 Avqust 12:35"Su anbarlarının lillənməsi ciddi su təsərrüfatı probleminə çevrilir" - EKOLOQ DANIŞDI
Sosial 13 Avqust 12:31"Hazırkı vəziyyətdə müharibə sülhdən daha yaxın görünür" - ŞƏRH EDİLDİ
Siyasət 13 Avqust 12:25"Tarixini yaşadan xalq gələcəyini qurur" - POLİTOLOQ DANIŞDI
Siyasət 13 Avqust 12:00Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
Sosial 13 Avqust 11:53Yeni məhdudiyyətin perspektivləri: daha təhlükəsiz rəqəmsal mühitə doğru
Sosial 13 Avqust 11:52Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Sosial 13 Avqust 11:45Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçiriləcək
İqtisadiyyat 13 Avqust 11:44Azərbaycan voleybol millisi Belarusla yoxlama oyunlarında qələbə qazanıb
İdman 13 Avqust 11:08Bu ilin yanvar-iyul aylarında əlillik təyin olunanların sayı açıqlanıb
Sosial 13 Avqust 11:06Futbol klubunun avtobusunda 86 kq marixuana tapılıb
Dünya 13 Avqust 10:47Bütün bürclər üçün 13 Avqust 2026-cı il üçün ulduz falı
Dünya 13 Avqust 10:43Gürcüstan Ermənistanı Rusiya ilə birləşdirən yolun əsas hissəsini yenidən quracaq
Dünya 13 Avqust 10:37“Ayağını yorğanına görə uzat” – İmkanla istək arasındakı məsafə - KÖŞƏ
Sosial 13 Avqust 10:34Ali məktəblərə qəbul müsabiqəsi: I qrupda hansı ixtisaslarda bal həddi fərqlidir?
Təhsil 13 Avqust 10:30Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edilib
Sosial 13 Avqust 10:25Qusarda Aqrar Biznes və I İntensiv Meyvə Bağları festivalları keçiriləcək
İqtisadiyyat 13 Avqust 10:23Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 13 Avqust 09:13Divarlara narkotikaya dair yazı yazanlar saxlanılıblar - polis
Hadisə 13 Avqust 04:05Yasamalda velosiped və telefon oğurlayan keçmiş məhkum YAXALANDI
Hadisə 13 Avqust 02:21"İran artıq Yaxın Şərqin "zorba ağası" deyil. Allaha şükür!" - Trampdan PAYLAŞIM
Dünya 13 Avqust 02:03Bakının bu iki qəsəbəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
Sosial 13 Avqust 01:22PSJ UEFA Superkubokunun qalibi oldu - TƏCİLİ
İdman 13 Avqust 01:18Yevlaxda "Naz Lifan" və "Mercedes" toqquşub
Hadisə 13 Avqust 01:03Ekrem İmamoğlu CHP-dən istefa verdi - TƏCİLİ
Dünya 13 Avqust 00:22"Əgər bir gün İranın heç bir raketi olmasa..." -SEPAH-dan ABŞ-a HƏDƏ!
Dünya 13 Avqust 00:03"Ölkəmizlə Çin arasında biznes əlaqələrinin şaxələnməsi..." - Mikayıl Cabbarovdan PAYLAŞIM
İqtisadiyyat 12 Avqust 23:31AzTV-nin əməkdaşı faciəvi şəkildə ölüb
Sosial 12 Avqust 23:19Romelu Lukaku "Fənərbağça"da!
İdman 12 Avqust 23:04Bakıda avtobus yanıb - FHN məlumat yaydı
Hadisə 12 Avqust 22:31"Sən mənim atam, dostum və nümayəndəm oldun" - Messidən vida MESAJI
İdman 12 Avqust 22:17Tümendən Bakıya uçan təyyarə təcili eniş edib - TƏCİLİ
Sosial 12 Avqust 22:03Smart özünün ikonik şəhər elektrik avtomobilini geri qaytarır...
Texnologiya 12 Avqust 21:52Əlavə səy göstərmədən necə yaxşı yatmağın yolları açıqlanıb...
Səhiyyə 12 Avqust 21:28Michael Kors brendin 45 illik yubileyini məşhur ulduzlarla qeyd edir
Dəb 12 Avqust 21:06Azərbaycanın ilk VR sinfi qurulur
Təhsil 12 Avqust 21:06Özəl xəbərlər
Digər xəbərlərOnlayn sifariş edilən məhsul fərqli gəldikdə nə edilməlidir? - HÜQUQŞÜNAS AÇIQLADI
Sosial 13 Avqust 16:40Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?
İqtisadiyyat 13 Avqust 16:39Protein tozları: Fayda, yoxsa marketinq? - MÜTƏXƏSSİS AÇIQLADI
Səhiyyə 13 Avqust 16:36“Bu saziş Yaxın Şərqdə təhlükəsizlik kəməri formalaşdırmağa xidmət edir” - SİYASİ ŞƏRHÇİ
Siyasət 13 Avqust 15:53Bloggerlik gənclərin təhsilə, peşə seçiminə və cəmiyyətin gələcəyinə necə təsir edir? - ŞƏRH
Sosial 13 Avqust 15:48
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9593
-0,09%
-
GBP
2,2942
-0,08%
-
RUB
2,0510
-0,44%



