Aya ilk ayaq basan astronavtın 46 illik sirrləri FOTOLAR

Aya ayaq basan ilk insan Neil Armstronqun 46 il əvvəlki "Apollo 11" uçuşu barədə qələmə aldığı xatirələri və həmçinin uçuş əsnasında kosmonavtın yanında götürdüyü bir çox lazımlı əşyaları öz evindən tapılıb. SİA-nın məlumatına görə, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) tədqiqatçıları evdə tapılan əşyaların əslində Ay səthində buraxılmasının planlaşdırıldığını açıqlayıblar.

Neil Armstronqun vəfatından sonra həyat yoldaşı Carol Armstronq evdə kosmonavta aid olan çanta tapdığını Vaşinqtonda olan Milli Hava və Kosmos Muzeyinin əməkdaşlarına bildirib. Çantanın içərisində kosmonavtın istifadə etdiyi əşyaların olduğunu muzey rəhbərliyinə bildirən Carol Armstrong, muzeyin bu əşyalarla maraqlanıb maraqlanmadığını soruşub.

Məşhur kosmonavtın "Mc Divitt Çantası" adı verdiyi bu çantanın içərisindəki əşyaları muzey işçiləri 6 ay araşdırdıqdan sonra əşyaları muzeydə sərgiləmək qərarına gəliblər.

Çantada kosmonavtın Aya enişi anını qeydə alan kamera və lens, kosmos modulunun bəzi daxili hissələri, kabellər və aynalar olub.

Nəzərinizə çatdıraq ki, Neil Armstrong 25 avqust 2012-ci ildə 82 yaşında vəfat edib. O, 20 İyul 1969-cu ildə Aya gedən "Apollo 11" kosmik aparatının komandirliyini öz boynuna götürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə