16 ildir su əvəzinə Kola içir

Cənubi Fransanın Monaco şəhərində yaşayan 31 yaşlı qadının ürəyində ritm pozuqluğu meydana gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb onun su əvəzinə gün ərzində 2 litr kola içməsi olub. Bunun nəticəsində o, huşunu itirərək xəstəxanaya yerləşdirilib. Müayinədən sonra qanında kalium səviyyəsinin çox aşağı olduğu müəyyənləşdirilən qadına tibbdə QT adı verilən ürək ritm pozuqluğu sindromu diaqnozu qoyulub. Həkim xəstənin gündəlik qida rejimini xəbər aldıqda isə, onun cavabı hərkəsi heyrətləndirib. O, 15 yaşından bəri su içmədiyini, bunu kola ilə əvəzlədiyini deyib.

Qeyd edək ki, araşdırmalara görə, həddindən artıq kola istehlakı bağırsaqlarda ishala və ürəyin ritmini qoruyan kaliumun miqdarının azalmasına səbəb olur. Beləliliklə, ürək damar xəstəlikləri inkişaf edərək, infarkt riskini artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə