Nəm salfetlərdən istifadə etmək zərərlidir

Nəm salfetlərdən istifadə etmək zərərlidir

Nəm salfetlərdən istifadə etdikdən sonra hökmən əllərinizi yuyun. SİA-nın xəbərinə görə alimlər nəm salfetlərdə kimyəvi məhlullardan istifadə olunduğunu, bunun isə insan dərisi üçün zərərli olduğunu deyiblər. Nəm salfetləri sıxanda maye axır. Bu mayelərin tərkibi kimyəvidir. Belə salfetlərdən çox istifadə olunduğu vaxt bu kimyəvi mayelər əldə və dəridə yığılır və qida vasitəsilə bədənə daxil olur. Professorlar uzun müddət bədənə daxil olan kimyəvi mayelərin gələcəkdə fəsadlar yaratdığını bildiriblər. Əllərin təmizləməyin ən yaxşı yolunun sabun və sudan istifadə edərək əlləri yumaqdır. Nəm salfetlərdən körpələrin bezlərinin dəyisdirilməsi vaxtı istifadə etməyi də məsləhət görülmür. Xüsusilə bu vaxt kimyəvi mayelərin asanlıqla vücuda daxil olur ancaq öldürücü olmur, amma körpələrdə narahatlığa səbəb olur. Tələbin çox olması səbəbilə nəm salfet istehsalında çoxalma müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə