Premium telefon əvəzinə...qum satırmışlar...?

Cinayətkarlar sadə vətəndaşları təxminən 180 min rubla aldadıblar

...Sankt-Peterburq polisi cinayət sxeminin üstünü açıb və telefon adı altında şəhər sakinlərinə qumla doldurulmuş qutular satan dələduz dəstəni saxlayıb.

SİA xəbər verir ki, Metropolun Birləşmiş Mətbuat Xidmətinin məlumatına görə, əməliyyatlar internet vasitəsilə həyata keçirilib.

...İnancıl peterburqlular malları onlayn sifariş ediblər, əvvəlcədən ödəniş də ediblər, lakin endirimli qiymətlərlə premium telefonlar əvəzinə qum qutuları alıblar.

...Təbii ki, əməliyyatçılar cinayətkarların izinə düşüblər. Və bir qadın və onun şəriki saxlanılıb. İstintaqın məlumatına görə, sonuncu 2023-cü ilin iyulunda alıcıları aldatmaq üçün sxem yaradıb.

Ümumilikdə iş üzrə müttəhimlər zərərçəkmişlərdən 178 min rubldan çox pul oğurlaya biliblər.

Onlar könüllü olaraq müştərilərə itirilmiş vəsaitləri ödəyiblər. Lakin Sankt-Peterburq məhkəməsi hər iki həbs ediləni dələduzluqda təqsirli bilib və qadını ümumi rejimli cəzaçəkmə müəssisəsində üç il, ortağını isə üç il yarım müddətinə azadlıqdan məhrum edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə