13 oktyabr Ümumdünya Görmə Günüdür

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il oktyabr ayının ikinci cümə axşamının təqvimə görmə günü kimi daxil edilməsində məqsəd ictimaiyyətin diqqətini görmə zəifliyi olan insanların problemlərinə yönəltməkdir. Korluq – görmə qabiliyyətinin tam itirilməsidir. SİA xəbər verir ki, korluğun əsas səbəbləri katarakta, qlaukoma, yaşlanma ilə əlaqədar gözün torlu qişasındakı sarı ləkənin degenerasiyası, buynuz qişanın ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir.

Hazırda bütün dünyada yaşın artması və nəzarət olunmayan şəkərli diabet xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Vaxtında müalicə etməklə korluğa tutulma hallarının 80%-nin qarşısını almaq mümkündür. İnsan dünyanın gözəlliklərini gözləri vasitəsilə görür, həyatdan zövq alır. Bu zərif orqanı qorumaq, qayğısına qalmaq çox vacibdir. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması görmə ilə bağlı problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir.

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı, peşəkar oftalmoloqları: uzman həkim Dr.Emil Yusifov, tibb elmləri üzrə fəlsəfə doktoru Dr.Aynurə Əliyeva və Dr.Ülfət Cəfərova oftalmoloji müayinələr vasitəsilə gözdə yaranan problemləri vaxtında aşkar edir, profilaktik qaydalar barədə məsləhətlər verir, ən müasir üsullarla göz xəstəliklərinin müalicəsini həyata keçirirlər.Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçməklə, sadə profilaktik qaydalara riayət etməklə siz uzun müddət normal görmə qabiliyyətini saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə