Mərkəzi Gömrük Hospitalının travmatoloqu Artrit xəstəliyi barədə məlumat verib

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq, t.f.ü.d., Ramin Rzayev 12 Oktyabr Ümumdünya Artritlə Mübarizə gününün tarixi, bu xəstəliyin gedişatı, ağırlaşmaları, profilaktikası və müasir müalicə üsulları barədə ətraflı məlumat verib. 12 oktyabr Ümumdünya Artritlə Mübarizə günüdür. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Bu gün 1996-cı ildən etibarən bir çox ölkələrdə Ümumdünya Artritlə Mübarizə Günü qeyd edilir. Artritin yaranma səbəbləri müxtəlifdir. Adətən ağır gedişatlı olub bu günə qədər geniş öyrənilməkdə olan bir xəstəlikdir. Hər ilin bu günündə artritə həsr olunmuş seminarlar, konfranslar təşkil olunaraq, bu xəstəliyin gedişatı, ağırlaşmaları, profilaktikası və müasir müalicə üsulları müzakirə edilir.

Artrit artrozdan fərqli olaraq oynağı təşkil edən bütün toxumaların zədələnməsi ilə müşaiyət olunan və eyni zamanda bir neçə oynağı zədələyən - xroniki və orqanizmin sistem xəstəliyidir. Artrit nəinki oynaqların, həm də daxili orqanların zədələnməsi ilə də müşaiyət olunur.Artrit adətən 25-45 yaş arası şəxslərdə və hətta uşaqlarda daha çox rast gəlinir. Ümumidünya Səhiyyə Təşkilatının statiskasına görə əlilliyin 18%-i artritlərin payına düşür. Əsas səbəbləri: infeksiyalar, immun sistemin və maddələr mübadiləsinin pozulmasıdır.

Hal-hazırda ən çox yayılmış növü revmatoid poliartritdir və onun da bir çox növləri vardır ki, müalicəsinə də yanaşmalar müxtəlifdir. Artritin ən çox yayılmış növündən biri də podaqrik artritdir. Podaqrik artrit maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Artrit xəstəliyi adətən mövsüm dəyişiklikləri zamanı kəskinləşir. Təsadüfü deyil ki, artrit günləri də məhz payız aylarında keçirilir. Eyni zamanda orqanizmin hər hansı bir səbəbdən müqavimətinin azalması - qeyri düzgün qidalanma, stress, yorğunluq, infeksiyalar zamanı xəstəlik kəskinləşir. Bu özünü oynaqlarda şişkinlik, qızartı, ağrı və hərəkət məhdudluğu ilə büruzə verə bilir.

Xəstəliyi profilaktikası üçün - düzgün qidalanmaq, travmalardan və infeksiyalardan qorunmaq, soyuq havalarda isti geyinməyi tövsiyyə edərdim. Həkim göstərişi olmadan qeyri düzgün müalicə bir çox ağırlaşmalara gətirib çıxarır. Kəskinləşmə hallarında həkimə müraciət etməklə onun müayinəsindən sonra göstərişlərinə uyğun müalicə olunmaq məsləhətdir. Artrit adətən 25-45 yaş arası şəxslərdə və hətta uşaqlarda daha çox rast gəlinir.

Ümumdünya Səhiyyə Təşkilatının statiskasına görə əlilliyin 18%-i artritlərin payına düşür. Əsas səbəbləri: infeksiyalar, immun sistemin və maddələr mübadiləsinin pozulmasıdır. Hal-hazırda ən çox yayılmış növü revmatoid poliartritdir və onun da bir çox növləri vardır ki, müalicəsinə də yanaşmalar müxtəlifdir. Artritin ən çox yayılmış növündən biri də podaqrik artritdir. Podaqrik artrit maddələr mübadiləsinin pozulması nəticəsində yaranır.Artrit xəstəliyi adətən mövsüm dəyişiklikləri zamanı kəskinləşir. Təsadüfü deyil ki, artrit günləri də məhz payız aylarında keçirilir.

Eyni zamanda, orqanizmin hər hansı bir səbəbdən müqavimətinin azalması - qeyri düzgün qidalanma, stress, yorğunluq, infeksiyalar zamanı xəstəlik kəskinləşir. Bu özünü oynaqlarda şişkinlik, qızartı, ağrı və hərəkət məhdudluğu ilə büruzə verə bilir. Xəstəliyi profilaktikası üçün - düzgün qidalanmaq, travmalardan və infeksiyalardan qorunmaq, soyuq havalarda isti geyinməyi tövsiyyə edərdim. Həkim göstərişi olmadan qeyri düzgün müalicə bir çox ağırlaşmalara gətirib çıxarır. Kəskinləşmə hallarında həkimə müraciət etməklə onun müayinəsindən sonra göstərişlərinə uyğun müalicə olunmaq məsləhətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə