Təcili yardım həkimi Dr.SALMAN RZAYEV Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsində protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılması prosedurlarını həyata keçirir.
Dr.Salman Rzayev 2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, 2005-2007-ci illərdə Rusiya Federasiyası Çelyabenski Dövlət Tibb Akademiyasında anestezioloq- reanimatoloq ixtisası üzrə Klinik Ordinatura təhsili almışdır. Əmək fəaliyyətinə Salman həkim 2007-ci ildə N saylı Hərbi hissədə həkim-terapevt kimi başlayaraq, 2009-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində təcili yardım həkimi, anestezioloq-reanimatoloq kimi çalışıb. O, 2019-cu ildən Mərkızi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsində təcili yardım həkimi kimi fəaliyyət göstərir.
Salman həkim öz üzərində daim çalışır, tibb sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək üçün ixtisasartırma təlimlərində iştirak edir. O, 2010-cu ildə Amerika-Avstriya Fondu tərəfindən Avstriya, Zalsburq şəhərində təşkil edilmiş “Pediatrik reanimasiya və intensiv terapiya” mövzusunda təlimdə, 2017-ci ildə Amerika-Avstriya Fondu tərəfindən təşkil edilmiş “Anesteziya və İntensiv Terapiya” təlimdə iştirak etmişdir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/salman-rzayev/.
Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardımına məxsus 905 nömrəli Çağrı mərkəzi 24 saat əhalinin xidmətindədir. Öz bilik və bacarıqlarını daima yeniləyən ambulans heyəti təcili yardım üçün müraciət edən xəstələrə dəqiqələr ərzində həyati vacib tibbi xidmət göstərmək qabiliyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB