Bakıda IV Azərbaycan İnvaziv Kardiologiya Konqresi keçirilir - YENİLƏNİR - FOTO

Bakıda IV Azərbaycan İnvaziv Kardiologiya Konqresi keçirilir. SİA-nın verdiyi məlumata görə, konqresdə 7 ölkədən (Azərbaycan, Türkiyə, Qırgızıstan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İRAN və Danimarkada ) elm adamları qatılıb.

Əvvəlcə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, konqresdə 350-dən çox Azərbaycanlı həkimin də iştirak edir. Tədbirdə 8 canlı əməliyyat icra olunacaq.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə