Uşaq şampunu alarkən nələrə diqqət etməliyik? - PEDİATR İZAH ETDİ
“Uşaqların dəriləri böyüklərin dərisindən olduqca həssasdır. Bu səbəbdən uşaq dərisi üçün istifadə edəcəyimiz bütün məhsulları diqqətlə seçməliyik”. Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.
Onun sözlərinə görə, dərilərinin keçiriciliyi daha yüksək olduğu üçün kimyəvi maddələrlə zəngin məhsulların tərkibindəki zərərli maddələr asanlıqla dəridən keçib qana qarışa bilirvə müxtəlif allergik reaksiyalara səbəb ola bilirlər: “Ona görə uşaq şampunları böyüklərinkindən fərqli olmalıdır. Bunun üçün aşağıdakılara diqqət etməliyik:
- Tərkibi parfümlü, parafinli, sulfatlı, alkoqollu şampunlardan istifadə etmək qətiyyən olmaz.
Sulfatlar böyüklər üçün şampunların əksəriyyətində olur,lakin körpə dərisini zədələyə bilir.
-Parafin şampunun qalıcılığına təsir etdiyi üçün əksər markalar tərəfindən istifadə edir. Lakin nəinki uşaq, hətta böyüklər üçün zərərlidir.
- Şampun seçərkən pH dəyərinə mütləq fikir verilməlidir. pH dəyəri 7 olan yəni, neytral əsaslı şampunlar istifadə olunmalıdır”.
Yüksel Hüseynli sözlərinə belə davam edib: “Ümumiyyətlə, yeni doğulmuş körpələrə şampun istifadə etmək məsləhət deyil. Dəriləri təmiz olduğu üçün adi su ilə hər gün və ya günaşırı çimizdirmək bəs edir. Saçlı dərisində seboreik qabıqlanmalar olan uşaqlar üçün yumuşaldıcı məqsədi ilə zərərsiz, tərkibində qatqı maddələri olmayan şampunlardan həftədə 1 dəfə istifadə etmək daha məqsədə uyğundur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə