“Həkimlərimizi tanıyın!” rubrikamızda

Sizə səmimiyyəti və peşəkarlığı ilə seçilən Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-kardioloqu Günay Hətəmovanı təqdim edirik

Dr.Günay Hətəmova Mərkəzi Gömrük Hospitalında Elektrokardioqramma, Holter monitorinqi, Fiziki yük sınağı (Stress test), Exokardioqrafiya, Transezofagial exo (TEE), Stress Exokardioqrafiya, Pediatrik Exokardioqrafiya, Ambulator qan təzyiqi monitorizasiyası, Kardioversiya, ürək çatışmazlığı xəstələrinin müalicəsini və stasionar xəstələrin təqibini həyata keçirir. SİA xəbər verir ki, həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-hatamova/

Dr.Günay Hətəmova 2012-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, 2012-2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında kardioloq ixtisası üzrə rezidentura təhsili almışdır. O, 2018-ci ildə Mərkəzi Gömrük Hospitalında həkim kardioloq kimi fəaliyyət göstərir.

Günay həkim tibb elminin son nailiyyətlərini izləyən və dünya təcrübəsindən yararlanan yüksəkixtisaslı mütəxəssisdir. O, 2016-cı ildə Azərbaycan Kadiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən V Milli və I İnvaziv Kardioloqlarının konqresində, 2017-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli konqresində, həmin ildə Türk Dünyası Kardioloji Birliyinin Bahar simpoziumunda, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Eğitim Araştırma Xəstəxanasında İnvaziv kardiologiya üzrə ixtisaslaşma kursunda, 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli konqresində və digər elmi tədbirlərdə iştirak edib.

Dr.Günay Hətəmova Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdir. Günay həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə