MGH-də uzman radioloq Şahnaz Cəfərova fəaliyyətə başlayıb

Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş radioloq Şahnaz Cəfərovanı Sizə təqdim edirik. SİA xəbər verir ki, dr.Şahnaz Cəfərova 2000-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktikası fakültəsini bitirmiş, 2000-2001-ci illərdə M.N Qədirli adına mərkəzi Hövzə xəstəxanasında funksional diaqnostika ixtisası üzrə internatura təhsili alıb. O, təhsilini davam etdirərək 2003-2009-cu illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitetinin Radiologiya kafedrasında radioloq ixtisası üzrə uzmanlıq təsili alıb.

Həmçinin, 2019-cu ildə Şahnaz həkim Azərbaycan Dövlət Sertifikasiya Komissiyasının Şüa diaqnostikası ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi alıb. Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlamış dr.Şahnaz Cəfərovanı yeni təyinatı münasibətlə təbrik edir və ona fəaliyyətində uğurlar arzulayırıq!.

Bütün xəbərlər Facebook səhifəmizdə