Bakıda doğum evinin rəhbəri vəzifəsinə təyinat olub

Zeynəb Hüseynova “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik hüquqi şəxsin direktor müavini-doğum evinin rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə SİA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. O, bu gündən işə başlayıb.

Qeyd edək ki, Zeynəb Sadıx qızı Hüseynova 1991-1997 illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə təhsil alıb. Tibb üzrə fəlsəfə doktorudur.

Daha öncə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə