Fransada koronovirusun 8-ci dalğası başlayıb

Fransada koronovirusun 8-ci dalğası başlayıb. SİA xəbər verir ki, son həftələr ərzində koronovirus yenidən sürətlə yayılmaqda davam edir.

Fransa Səhiyyə İdarəsinin məlumatına əsasən, son sutkada 49 minə yaxın yeni yoluxma qeydə alınıb. Xəstəxanalara 835-i son sutkada daxil olmaqla, 14 min 554 xəstə var. Reanimasiya şöbələrində ağır xəstələrin sayı 810-a çatıb.

Pandemiya başlayandan Fransada virus qurbanlarının ümumi sayı 155 min 112-yə yüksəlib. Son sutkada virusdan 34 yeni ölüm faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə