“Pediatriya və uşaq cərrahiyyəsinin ortaq problemləri” mövzusunda təqdimat edilib

30 oktyabr 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsində uşaq cərrahı ixtisası üzrə rezidentura təhsili alan rezident Alşan Salamzadə “Pediatriya və uşaq cərrahiyyəsinin ortaq problemləri” mövzusunda təqdimat edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Uşaq cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı, kurator Vüsal Cəfərov, pediatrlar Fərəh Vahabova, Nazilə Hüseynova, təcili yardım həkimi Leyla Fətullayeva və rezidentlər iştirak ediblər.

Rezident Alşan Salamzadə çıxışında dil bağı, Pilomatriksoma, rektal prolapsus, uşaqlarda dırnaq batması, göbək ciyəsinə bağlı problemlər, göbək yırtığı xəstəliklərinin cərrahi müalicəsi barədə ətraflı məlumat verib. Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova və Uşaq cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı, kurator Vüsal Cəfərov tərəfindən rezidentin çıxışı yüksək qiymətləndirilib. Dr.Vüsal Cəfərov qeyd olunan xəstəliklərlə bağlı öz qeydlərini verib. Təqdimatın sonunda Alşan Salamzadə tədbir iştirakçılarınn suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə