Diş qıcatma ciddi bir xəstəlik ola bilər! SİA xəbər verir ki, gün boyu şəhər həyatı və ya iş həyatına bağlı yaşanan stress, yuxu əsnasında diş qıcatma (bruksizm) kimi qarşımıza çıxır deyən diş həkimi Rəcəb Eşkar, "Ən sıx görülən yuxu pozuqluqlarından biri olan "Bruksizm", yuxuda danışma və xor görmədən sonra 3. sırada qarşımıza çıxır. Hər 5 adamdan 1-i gecələri dişlərini cırıldadır" deyə danışdı.

Diş Qıcatmanın Çarəsi Var

Diş sıxma müalicəsinin necə edildiyi haqqında məlumat verən Diş Həkimi Eşkar, "Tətbiq olunan müalicə metodu əksəriyyət adama xüsusi etdiyimiz gecə vallarıyla ya da ortopedik fəaliyyətin idarə altına alınmasını və meydana gələ biləcək patoloji və ya fiziki dəyişikliklərin qarşısının alınmasına köməkçi olur.

Xəstənin narahatlığına görə yumşaq ya da sərt olaraq hazırlanan tək çənəyə yerləşdirilən və nizamlı olaraq yatmadan əvvəl ilişən bu apareyler diş cırıltısı səbəbiylə dişə zərər verəcək hər cür mənfi təsiri ortadan qaldırmağa faydalıdır.
Diş Həkimi Eşkar, diş qıdatma əlamətlərini belə sıraladı.

Diş Qıcatma Əlamətləri:

• Səhər qalxdığınızda yanaqlarınızda ağrı varsa
• Çənə hərəkətlərində məhdudluq varsa
• Ağzınızı rahat aça bilmirsinizsə, açdığınızda ağrı varsa və gün içində də ağrı davam edirsə
• Qulağa və başa yayılan ağrılarınız varsa
• Ağız açma, bağlama əsnasında çətinliyin xaricində klik, klak kimi səslər çıxırsa
• Dişlərdə həssaslıq varsa
• Dişlərdə aşınma, qırılma və yellənmə varsa gecələri dişlərinizi qıcatma ehtimalınız çox yüksəkdir

Bütün xəbərlər Facebook səhifəmizdə