Türkiyə ilə səhiyyə əlaqələri hansı səviyyədədir? DEPUTAT

"Türkiyə ilə əlaqələr bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də çox yüksək xətlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, buraya dövlət səviyyəsində olan əlaqələri, müxtəlif strukturlar arasında olan əlaqələr, o cümlədən də fərdlər səviyyəsində olan əlaqələr aid edilir: " Müxtəlif forumlarda özəl ixtisas sahiblərinin öz ixtisaslarını artırması birbaşa və ya şirkətlər vasitəsilə həyata keçirilir. Türkiyənin müxtəlif təhsil və səhiyyə sektorlarının nümayəndələri ilə qarşılıqlı əlaqələri nəticəsində bizim tibb işçilərinin ixtisaslarının artırılması və sahələrində təkminləşməsi istiqamətində çox mühüm addımlar atılır. İkinci bir məsələ universitetlər səviyyəsində olan əlaqələrdir. Tibb sahələrində müxtəlif universitet klinikalarında staj keçən və öz ixtisaslarını artıran şəxslər uzmanlıq və rezidentura səviyyəsində təhsil alırlar. Dövlət səviyyəsində də əlaqələr genişləndirilib. Həm dövlət qurumları, həm səhiyyə qurumları, həm də sosial siğorta qurumları və Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq qurulmuşdur. Türkiyənin tibb sahəsindəki təcrübəsi də geniş istifadə olunur. O cümlədən də dərman preparatları idxalı istiqamətində də müəyyən danışıqlar aparılır. Biznes forumu çərcivəsində isə biz Türkiyənin istehsal müəssisələrinin daha geniş imkanları ilə tanış olub, öz səhiyyəmizi də dünyanın qabaqçıl sahələrinə uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atacağıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə