MGH-nin terapevt Cebeci xəstəxanasında kursda iştirak edir

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova 18-30 sentyabr 2022-ci il tarixlərində Türkiyənin Ankara Universitetinin tibb fakültəsinin Cebeci xəstəxanasının Ağciyər xəstəlikləri şöbəsində “JAEGER Master screen Body” cihazında aparılan müayinələr üzrə praktiki kursda iştirak edir. SİA xəbər verir ki, “JAEGER Master screen Body” cihazı ilə aparılan spirometriya, bodipletizmoqrafiya və Diffuzion testi tənəffüs funksiyası müayinələrinin dəqiq aparılması üçün əvəzsizdir. Praktiki kursun sonunda Dr.Xumar Novruzovaya sertifikat təqdim ediləcək. Qeyd edək ki, Dr.Xumar Novruzova 1 oktyabr 2022-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalında “JAEGER Master screen Body” cihazında tənəffüs funksiyası müayinələrinin aparılmasına başlayacaq.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə