“Təməl Həyata Dəstək (BLS – Basic Life Support)” ilk yardım təlimi keçirilib

22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin Mərkəz Ərazi baş müfəttişi Hüseyn Qasımov tərəfindən Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Hava Limanı GSBM-in baş müfəttişləri və Şimal Ərazi baş müfəttişi Müşfiq Qəhrəmanov tərəfindən “Samur” GSBM-də fəaliyyət göstərən baş müfəttişlər üçün "Təməl Həyata Dəstək (BLS – Basic Life Support)" ilk yardım təlimi keçirilib. Təlimin əsas mövzusu hadisə yerinin qiymətləndirilməsi, təhlükəsizliyin təminatı, heymlix texnikası, CPR və ya ürək-ağciyər canlandırılması, AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə qaydaları olub.

Təlim kursunu bitirdikdən sonra təlim iştirakçıları həyat üçün təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi, daha təkmil tibbi yardım briqadası gələnədək, həyati vacib ilk yardım tədbirlərinin görülməsi, daha təkmil ilk yardım bacarıqlarını əldə etmək üçün baza bilik və bacarıqların mənimsənilməsinə dair bilik və bacarığa yiyələnmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə