“Etik davranış kodeksi və tibbi deontologiya” mövzusunda seminar keçirilib

22 sentyabr 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün “Etik davranış kodeksi və tibbi deontologiya” mövzusunda maarifləndirici seminar baş tutmuşdur.

Seminarın açılış nitqi zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d. İsmayıl Əfəndiyev Etik davranış kodeksinin əhəmiyyətini vurğulamış, tibbi deontologiya barədə hər bir tibb işçisinin maariflənməsinə ehtiyac olduğunun zəruri olduğunu bildirmişdir.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxışı zamanı şəffaflıq və vətəndaş məmnunluğunun artırılması istiqamətində zəruri tədbirlərin görülməsi, eləcə də vətəndaşların qəbulu zamanı həyata keçirilməli prosedur qaydaları barədə iştirakşçılara məlumat vermişdir.

Seminarın növbəti çıxışı zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova iştirakçılara “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərini Etik Davranış Kodeksi”nin müddəaları barədə geniş məlumat vermişdir.

Sonda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Tibbi deontologiya barədə geniş məlumat vermiş, həmçinin, tibbi etikada əməl olunmalı qaydalarla seminar iştirakçılarını tanış etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə