Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 833 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 183, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 448, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 63 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 883 429, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 822, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 383, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 376 017, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 207 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə