Dr.Aynur Səfiyeva vebinarda çıxış edib

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.f.d., Dr.Aynur Səfiyeva 20 sentyabr 2022-ci il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və “Medical Media”-nın təşkilatçılığı ilə keçirilən “Proktoloji xəstəliklərin müasir aspektlər” mövzusunda vebinarda “Yoğun bağırsaq poliplərin diaqnostikası və müalicə yolları” mövzusunda çıxış edib. Dr.Aynur Səfiyeva çıxışında qeyd edib ki, koleraktal poliplər son illərdə aktual problem olaraq yoğun bağırsaq xəstəlikləri arasında geniş yayılmışdır. Bu problemin aktuallığının əsas səbəblərindən biri də odur ki, yoğun bağırsaq polipləri zamanında çıxarılmasa gələcəkdə yoğun bağırsaq xərçənginin yaranmasına səbəb ola bilər. Bu baxımdan yoğun bağırsağın poliplərinin diaqnistikasında kolonoskopiyanın əhəmiyyəti və müalicəsində endoskopik polipektamiyanın rolu böyük əhəmiyyətə malikdir. Dr.Aynur Səfiyeva çıxışının sonunda vebinar iştirakçılarının suallarını cavablandırıb.

Dr. Aynur Səfiyevanı vebinarda çox maraqlı təqdimatla çıxış etməsi münasibətilə təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə