DGK Tibbi Xidmət İdarəsinin əməkdaşları təlimdə iştirak ediblər
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəisinin müavini, dos. Dr.İsmayıl Əfəndiyev və Tibbi Xidmət İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva “Kiber Gigiyena” layihəsinin I mərhələsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkil etdiyi təlimdə iştirak ediblər. SİA xəbər verir ki, onlar təhlükəsiz mühit yaratmaq və kiber hücumlardan qorunmaq üçün bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan bu təlimi müvəffəqiyyətlə başa vuraraq, sertifikatlar alıblar.
Tural Məmmədovun rəhbərliyi ilə həyata keçirilən təlimdə təhlükəsizlik sahəsində fəaliyyət, beynəlxalq qruplaşmalar, informasiya təhlükəsizliyinin təmin edilməsi, fişinq hücumlardan qorunma və digər aktual mövzularda çıxışlar dinlənilib.
Qeyd edək ki, “Kiber Gigiyena” onlayn təliminin keçirilməsində məqsəd hər bir istifadəçi üçün riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə şəbəkədən istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB