İnvaziv kardioloq dr.Şəhla Ağayeva Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində EKQ, Holter monitorinqi, Fiziki yük sınağı (Stress test), Exokardioqrafiya, Stress Exokardioqrafiya, Ambulator qan təzyiqi monitorizasiyası, Kardioversiya, Koronar angioqrafiya, PTKA (Perkutan trans luminal angioplastika), Koronar angioqrafiya + bypass kontrolu, Periferik angioqrafiya, periferik angioplastika və digər prosedurları həyata keçirir. SİA xəbər verir ki, həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/shahla-agayeva/

Qeyd edək ki, Dr.Şəhla Ağayeva 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2017-2021-ci illərdə Azərbaycan Tibb Universitetində kardiologiya ixtisası üzrə rezidentura təhsili almışdır. O, 2021-2022-ci illərdə özəl tibb müəssisəsində invaziv kardioloq kimi çalışıb. 2022-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində invaziv kardioloq kimi fəaliyyət göstərir.

Dr.Şəhla Ağayeva dünya mətbuatında kardiologiyaya dair ən yeni nailiyyyətləri izləyən və praktikada tətbiq edən, Azərbaycanda, Türkiyədə və Fransada keçirilən forumlarda, konfranslarda yaxından iştirak edən, bilik və bacarıqlarını artıran invaziv kardioloqdur. Belə ki, 2021-ci ildə Türkiyənin İstanbul şəhərində Türk Kardioloji Dərnəyinin təşkilatçılığı ilə keçirilən 28-ci Milli Kardioloji Toplantıda, 2021-ci Fransanın Rouen şəhərində Rouen-Normandiya Universitetinin təşkilatçılığı ilə keçirilən “TF-TAVİ Minimalist yanaşma” təlimində, 2022-ci ildə Qazaxıstanda, Milli Tədqiqat Kardio-cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə keçirilən “TAVİ əsasları və THV elmi, kliniki yeniləmə” təlimində iştirak etmişdir.

Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Dr.Şəhla Ağayevanın qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə