Mərkəzi Gömrük Hospitalının həkim-laborantı seminarda iştirak edib
Mərkəzi Gömrük Hospitalının həkim-laborantı Ülkər Məmmədova 14 sentyabr 2022-ci il tarixində Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Sepsisin laborator diaqnostikası və problemlər” mövzusunda seminarda iştirak edib.
Tədbirdə “Sepsis və laborator diaqnostikası”, “Reanimasiyada sepsis klinik hal”, “Sepsislə bağlı əsas məqamlar, “Sepsisdə immunoloji testlər”, “Sepsisdə molekulyar testlər” və “Sepsisdə mikrobioloji testlər” mövzularında məruzələri dinlənilib, aktual problemlər və bu sahədə tətbiq edilən son metodlarla bağlı fikir mübadiləsi aparılılıb.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB