Yenidən qapanmalar olacaq? - İNFEKSİONİT BİLDİRDİ

"Covid pandemiyası hələ də davam edir. Ölkəmizdə hazırda vəziyyət stabildir. Gördüyünüz kimi yoluxma hallarının sayında azalma müşahidə edilir". Bu fikirləri SİA-ya açıqlamasında infeksionist Vasif Əliyev bildirib.

Həkimin sözlərinə görə, sağalan xəstələrin sayında isə artım var: "Artıq demək olar ki, var olan dalğa enişə doğru gedir. Payız mövsümünə giririk, məktəblər açılır və qapalı məkanlardan istifadə halları getdikcə çoxalır. Bu səbəbdən də yoluxmanın qarşısını almaq üçün müəyyən qaydalara əməl olunmalıdır. Çünki payız ayları riskli bir dövrdür. Təbii ki, bu səbəbdən də payız və qış mövsümlərində ehtiyatlı olmaq lazımdır. Yoluxma hallarının sayından asılı olmayaraq xəstəlik yüngül keçdiyindən xəstəxanada yatan xəstələrin sayında azalma müşahidə olunur. Əvvəl yoluxma halları çox olsa da, xəstəxanaya yatan insanalarında sayı çox idi. İndi isə çox insan bu xəstəliyi ev şəraitində keçirir. Bəzi insanlar xəstə olsa belə bunun fərqində deyillər. Havaların soyumasını və məktəb dövrünü nəzərə alaraq daha ehtiyyatlı olmağı hamıya tövsiyyə edirəm".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə