Latın Amerikası ölkәlәrindә sutka әrzindә yeni növ koronavirusdan dünyasını dәyişәnlәrin sayı 502 nәfәrә çatıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Braziliya Sәhiyyә Nazirliyi ölkәdә sutka әrzindә virusdan 310 nәfәr vәfat edib. Belәliklә ölkәdә virusdan ölәnlәrin ümumi sayı 677 min 804 nәfәrә çatıb. Virusa yoluxanların ümumi sayı isә 44 min 514 artaraq 33 milyon 704 min 393-ә yüksәlditini bildirib.
Meksika Sәhiyyә Nazirliyinin mәlumatına әsasәn, ölkәdә sutka әrzindә yeni növ koronavirusdan ölәnlәrin sayı 151 nәfәrә çatıb. Mәlumatda gün әrzindә virusa 27 min 916 nәfәrin yoluxduğu bildirilib. Meksikada koronavirusdan ölәnlәrin ümumi sayı 327 min 412-yә, epidemiyaya yoluxanların sayı 6 milyon 686 min 954-dә, virusdan sağalanların sayı isә 5 milyon 795 min 247-yә çatıb.
Peru Sahiyyә Nazirliyindәn verilәn bәyanata görә, ölkәdә sutka әrzindә yeni növ koronavirusdan ölәnlәrin sayı 10-na, yoluxanların sayı isә 9 min 475-ә çatıb. Peruda indiyәdәk virusdan ölәnlәrin ümumi sayı 214 min 112-yә, yoluxanların sayı 3 milyon 859 min 279-a, sağalanların sayı isә 3 milyon 749 861-ә yüksәlib.
Çili Sәhiyyә Nazirliyi isә sutka әrzindә virusdan 12 nәfәrin öldüyünü açıqlayıb. Ölkәdә virusdan ölәnlәrin ümumi sayı 59 min 405-ә çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı 4 milyon, 204 min 824-ә, sağalanların sayı da 4 milyon 109 min 256-ya yüksәlib.
Qvatemala KİV-lәrinin yaydığı mәlumata görә, ölkәdә sutka әrzindә virusdan ölәnlәrin sayı 19-a çatıb. Qvatemalada virusdan ölәnlәrin ümumi sayı 18 972-yә, virusa yoluxanların sayı isә bir milyonu keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB