Qarpızla pendiri bir yerdə istehlak edənlər - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI
"Yay aylarında ən çox istehlak edilən qidalar arasında qarpız da var. Qarpızı da çox vaxt pendirlə birlikdə yeyirlər. Bunun da həm faydalı, həm də zərərli tərəfləri var". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, əsas məsələ odur ki, qarpız düzgün miqdarda yeyilərsə, təbii ki, faydalıdır: "Qarpız əsasən sərinləşdirici, bol maye ilə zəngin olan bir qidadır. Pendir də zülal tərkibli bir qida olduğu üçün hər iki qida bir-birinin balansını qoruduğuna görə, həzm sistemi üçün faydalıdır. Bu baxımdan qarpız və pendir həm ləzzətli, həm də faydalıdır. Ancaq həddidən artıq istehlak edildikdə dəridə səpkilər, qanda şəkər səviyyəsinin yüksəlsəməsinə gətirib çıxardır. Bu da gələcəkdə qaraciyərdə piylənməyə, yağlanmaya səbəb ola bilər. Eyni zamanda qarpızın tərkibində daha çox kalium var. Bildiyimiz kimi kalium əzələ və oynaq ağrılarına faydalıdır.
Qarpızla pendirin bir yerdə istehlak edilməsi orqanizmdə uzun müddət toxluq hissi yaratdığı üçün pəhrizdə olan insanlar da bu qidadan istifadə edə bilərlər. Bundan əlavə olaraq qarpızın tərkibində şəkər çox olduğundan şəkər diabet xəstələr bu qidanı istehlak edərkən çox diqqətli olmalıdırlar".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB