Dünyada koronavirusa yoluxma halları üç ayda maksimuma yüksəlib

Son bir həftə ərzində dünyada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı 7,2 milyonu ötüb.

Rusiyanın “TASS” agentliyi öz hesablamalarına istinadən xəbər verir ki, bu, əvvəlki analoji dövrlə müqayisədə 700 min hadisə çoxdur. Yəni Covid-ə yoluxma halları artıq aprel ayı səviyyəsinə çatıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Maraqlıdır ki, Covid-ə yoluxma halların artması indi əsasən Asiya ölkələri ilə bağlıdır: əksər Avropa ölkələrində azalma müşahidə olunur, Şimali və Cənubi Amerikada vəziyyət platoya çatıb.

Agentlik qeyd edir ki, eyni zamanda, bir həftə əvvəl bir yarım dəfə artmasına baxmayaraq, ölüm nisbəti aşağı düşüb. Son yeddi gündə dünyada COVID-19-dan 14 min nəfər ölüb ki, bu da ötən həftə ilə müqayisədə 3,6 min nəfər azdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə