Azərbaycan vaksinasiyada yüksək nəticə əldə edib - Aİ səfiri

Azərbaycan vaksinasiyada yüksək nəticə əldə edib. SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

Onun sözlərinə görə, Azərbaycan ümumilikdə pandemiya ilə mübarizədə yüksək nailiyyətlər qazanıb.

"Aİ-nin Azərbaycana təhvil verdiyi avadanlıqlar da məhz həmin nailiyyətlərə xidmət edir. Bundan sonra da Aİ öz dəstəyini davam etdirəcək" - deyə P. Mixalko əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə