Dr.Nərgiz Kərimova: “Heyvan dişləməsi zamanı mütləq həkimə müraciət olunmalı, təcili yardım briqadası çağırılmalıdır”.
Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi ATV-nin “Səhər” proqramına müsahibəsində bu xəstəliyin əlamətləri və ilk yardımın göstərilməsi qaydaları barədə məlumat verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik.
Qeyd edək ki, Quduzluq ağır yoluxucu xəstəliklərdən biridir. Bu virus pişik, it kimi vəhşi heyvanlardan insana keçir. Ağır əlamətlərlə xarakterizə olunan quduzluq əksər hallarda ölümlə nəticələnir. Quduzluq insan orqanizminə təkcə dişləmə ilə deyil, həm də quduz heyvanın ağız suyunun açıq yaraya dəyməsi nəticəsində düşə bilir. Quduzluq vaxtında müalicə olunmazsa, peyvəndlər vurulmazsa 100 faizə qədər ölümlə nəticələnə bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB