Uşaqları və yeniyetmələri “omikron”dan qorumaq çağırışı ÜST-DƏN GƏLDİ

Uşaqları və yeniyetmələri “omikron”dan qorumaq çağırışı ÜST-DƏN GƏLDİ

Omikron ştammı ilə koronavirus pandemiyası yeniyetmələrə və uşaqlara yayılıb. SİA xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç "Rossiya 24" telekanalının efirində deyib.

“Bir çox ölkələr məhz buna görə yeniyetmələri və uşaqları peyvənd etmək qərarına gəliblər. Biz görürük ki, Omikron ştammı ilə pandemiya bu əhali qrupuna yayılıb, ikincisi də, bu əhali qrupu hələ peyvənd olunmayıb və yoluxma ciddi şəkildə davam edir", deyə Vuynoviç bildirib.

"İndi biz daha çox xəstəxanaya yerləşdirmələri görürük. Ona görə də biz bu mənada həssas olan yeniyetmə və uşaqları qorumalıyıq", deyə o əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə