“Omicron əvvəlki ştamlardan daha az təhlükəlidir”

“Koronavirusun omicron ştamı bu infeksiyanın əvvəlki variantlarından daha az təhlükəlidir”.

SİA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç “YouTube” kanalında çıxışı zamanı deyib.

O bildirib ki, artıq omicronun əvvəlki ştamlardan daha az təhlükəli olduğuna dair sübutlar var, lakin bu, onun ciddi olmadığı anlamına gəlmir.

ÜST nümayəndəsi əlavə edib ki, koronavirus çox ciddi xəstəliklərə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə