Həftə ərzində yoluxma sayı 11 faiz artıb?

Həftə ərzində yoluxma sayı 11 faiz artıb?

Son bir həftə ərzində dünyada 4,9 milyondan çox insan koronavirusa yoluxub, 44 mindən çox insan dünyasını dəyişib.

SİA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəlki 7 günlə müqayisədə yeni yoluxmaların sayı 11 faiz artdığını, ölənlərin sayının isə 4 faiz azaldığını bildirib.

"20-26 dekabr həftəsində oktyabrın əvvəlindən tədricən artımla yoluxmaların ümumi sayı əvvəlki həftəyə nisbətən 11 faiz artıb", - deyə ÜST-ün həftəlik epidemioloji bülletenində qeyd edilir.

statistik məlumatlara görə, yeddi gündə ölənlərin sayı 4% azalıb. Ümumilikdə həftə ərzində 4 985 093 yoluxma aşkar edilib, 44 680 ölüm faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə