Covid-19 pasportlarına məhdudiyyət gələcək

Covid-19 pasportlarına məhdudiyyət gələcək

“Azərbaycanda Covid-19 pasportunun müddətinə məhdudiyyət qoyulur”. SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün keçirilən birifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, gələn il fevral ayının 15-dən sonra Covid-19 pasportlarının müddəti 6 ay müəyyən ediləcək: “Yəni ikinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə