Omikron ştammının erkən simptomu barədə MÜTƏXƏSSİS DANIŞIB

Omikron ştammının erkən simptomu barədə MÜTƏXƏSSİS DANIŞIB

Cənubi Afrikanın ən böyük özəl tibbi sığorta şirkətinin rəhbəri Ryan Rouç hesab edir ki, əsassız xırıltı koronavirusun omikron ştammı ilə yoluxmanı göstərə bilər. SİA xəbər verir ki, Britaniyanın "The Sun" qəzetinə istinadən "Discovery Health" şirkətinin baş direktorunun sözlərinə görə, bu simptom digərlərindən daha tez özünü göstərir.

“Delta ştammının simptomu boğaz ağrısı olduğu halda, omikron ştammının simtomu əsassız xırıltı olur və boğazda qıcıqlanmaya aparıb çıxarır. Yeni ştammın digər simptomlarına burun tıxanıqlığı, quru öskürək və bel ağrısı daxildir”, deyə Rouç əlavə edib.

Xatırladaq ki, omikron ştammı ilk dəfə noyabrın sonunda Botsvana və Cənubi Afrikada müəyyən edilib. Alimlər mutasiyaya uğramış virusun immuniteti zəif olan insan orqanizmində əmələ gəldiyinə əmindirlər. Koronavirusun bu variantı yüksək yoluxucudur, xəstələnmiş və peyvənd edilmiş şəxslərin qanında olan anticisimlərə qarşı da davamlıdır. Ümumdünya Səhiyyə Təşkilatı yeni ştamını "narahatlıq doğuran" kimi tanıyıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə