“Bu templə Afrika əhlinin vaksinasiyası 2024-cü ildə də başa çata bilməz”

“Bu templə Afrika əhlinin vaksinasiyası 2024-cü ildə də başa çata bilməz”

BMT dünyada vaksinasiya ilə bağlı qoyulmuş hədəfə çatmağın vacibliyinə bir daha diqqət çəkib.

SİA-nın xəbərinə görə, Təşkilatın baş katibi Antonio Quterreş ölkələri ilin sonunadək dünya əhalisinin 40 faizinin peyvəndlənməsi hədəfinə çatmaq üçün konkret addımlar atmağa çağırıb.

Qurum rəhbəri ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, hazırkı templərlə Afrika əhalinin 70 faizinin vaksinasiyasına yalnız 2024-cü ilin avqustunda çata bilər. Baş katibin sözlərinə görə, vaksinlərin paylaşdırılmasındakı qeyri-bərabərlik virusun variantlarının nəzarətdən çıxmasına gətirib çıxarır.

Bütün xəbərlər Facebook səhifəmizdə